Futzal üzrə Türkmənistan millisi Bakıda növbəti yoxlama oyununu keçirib
Futzal üzrə Türkmənistan millisi Bakıda təlim-məşq toplanışı çərçivəsində dördüncü yoxlama oyununu keçirib.

Bakının “Xəmsə” komandası ilə qarşılaşan Türkmənistan millisi 8:6 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, Türkmənistan millisi daha əvvəl “Araz” komandasına 3:4 hesabı ilə məğlub olub, “Neftçi” ilə heç-heçə (5:5) edib, “Yasamal”a (8:3) isə qalib gəlib.

Xəbər 859 dəfə oxundu.