Azərbaycan çempionatının II dövrəsinə yekun vurulub
Dekabrın 26-da kişi voleybolçular arasında Azərbaycan çempionatının II dövrəsinə yekun vurulub.

X turda gözlənilməz nəticə qeydə alınıb. Belə ki, ilk doqquz turda rəqiblərinə cəmi iki setdə məğlub olan “Neftçi” bu dəfə məğlubiyyətə üzülüb. Bu turadək çempionatda yeganə məğlub olmayan klub olan “ağ-qaralar” “Lokomotiv”lə gərgin keçən oyunda tay-brekdə uduzublar-2:3. Qeyd edək ki, birinci dövrədə də bu komandaların qarşılaşması beşinci hissəyə qədər davam etmiş və dueldən “Neftçi” voleybolçuları qalib ayrılmışdılar.

Turun “Naxçıvan”-MOİK və “Sumqayıt”-“Nəqliyyatçı” matçları qonaq komandaların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

On turdan sonra aktivində 28 xal olan “Neftçi” liderliyini davam etdirir. Paytaxtın digər təmsilçisi “Lokomotiv” 27 xalla turnir cədvəlində liderin ən yaxın izləyicisidir. İlk üçlüyü 16 xalla MOİK klubu tamamlayır.

Xəbər 1014 dəfə oxundu.