İlin ən yaxşı futbol hakimlərinin adı müəyyənləşib
2016-cı ilin ən yaxşı futbol hakimlərinin adı müəyyənləşib.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən keçirilən sorğunun qalibi Mark Klattenburq olub.

Qurumun internet saytında 56 ölkədən olan jurnalist və idman mütəxəssislərinin iştirak etdiyi sorğuda, İngiltərə referisi 141 səs toplayıb. O, ən yaxın izləyicisi olan italiyalı Nikola Ritsolini 76 səs qabaqlayıb. Üçüncü yerə isə 55 səslə macarıstanlı hakim Viktor Kaşşai layiq görülüb. Türkiyəli FİFA referisi Cüneyt Çakır 28 səslə beşinci pillədə qərarlaşıb.

İlin ən yaxşı qadın futbol hakimi də bilinib. Macarıstanlı Katalin Kulçsar 58 səslə birinci olub. Növbəti yerləri 53 səs toplayan ukraynalı Katarina Monzul və Bibiana Steynhaus bölüşüblər.

Xəbər 1007 dəfə oxundu.