Pepe karyerasını Çində davam etdirə bilər
“Real Madrid”in futbolçusu Pepe karyerasını Çində davam etdirə bilər.

33 yaşlı müdafiəçi Çinin bir neçə klubundan təklif alıb. Madrid təmsilçisi ilə cari mövsüm başa çatacaq müqavilənin müddətini yeniləmək barədə danışıqlar aparmayan Pepenin göndərilən təkliflərdən birinə müsbət cavablandıra biləcəyi iddia edilir.

Qeyd edək ki, Pepe bu mövsüm La Liqada 8 oyunda 1 qol vurub.

Xəbər 1207 dəfə oxundu.