9-cu tur 3-cü cəhddən baş tutdu
Basketbol üzrə ölkə çempionatının 9-cu turu 2 dəfə təxirə salındıqdan sonra, nəhayət ki, baş tutdu. İdman.com.az saytının xəbərinə görə, pley-off öncəsi son turda «Araz-Naxçıvan» «Çağ öyrətimi»i 73:53 hesabı ilə üstələyib. «Qala»nın AzTOP üzərində qələbəsi daha asan olub – 92:60. «NTL-Tudor» BDU-ya 58:46 hesabı ilə qalib gəlib. Beləliklə,` çempionatın ilkin mərhələsində komandaların yekun mövqeyi aşağıdakı kimi olub:
1. «Araz-Naxçıvan» - 20 xal, 2. «Qala» - 17, 3. «Çağ öyrətim» - 15, 4. «NTL-Tudor» - 15, 5. AzTOP – 13, 6. BDU – 10.
Bir tur öncədən də məlum olduğu kimi, pley-offa «Araz-Naxçıvan», «Qala», «Çağ öyrətim» və «NTL-Tudor» çıxıblar.

Xəbər 1220 dəfə oxundu.