Şahmat festivalının qalibləri müəyyənləşdi
Dekabrın 24-də Vüqar Həşimov adına Şahmat Akademiyasında 31 dekabr – Dünya Azərbaycanlıların Həmrəylik Gününə həsr olunmuş şahmat festivalı çərçivəsində rapid turniri başlayıb.

Yarışlarda 48 Azərbaycan şahmatçısı, o cümlədən qrossmeysterlər Ülvi Bacarani, Vüqar Rəsulov, Zaur Məmmədov, beynəlxalq ustalar Nicat Ağayev, Ülviyyə Fətəliyeva, Nail Bəşirli, Nərmin Məmmədova və başqaları, habelə İngiltərənin bir nümayəndəsi iştirak edib.

Festivalın uşaq qrupunda - 10 yaşadək şahmatçılar arasında qalib Ziya Məmmədov olub. O, 7 mümkün xaldan 6 xal toplayıb. Gümüş mükafatı Nərmin Abdinova (5,5 xal) qazanıb. Bürünc mükafatçı Ramil Əhmədov olub.

Açıq turniri 9 mümkün xaldan 7,5 xal toplayan beynəlxalq qrossmeyster Ülvi Bacarani qazanıb. Ustalığa namizəd Aydın Süleymanlı da eyni miqdarda xal toplayıb. Lakin əlavə göstəricilərə əsasən o, ikinci olub. FIDE ustaları Fərid Zeynalov, Eldar Musayev və Altay Eynullayev hərəyə 7 xal yığıblar. Bürünc mükafata Fərid Zeynalov layiq görülüb.

Turnirin baş hakimi FIDE hakimi Cavanşir Bağırovdur.

Xəbər 709 dəfə oxundu.