İbrahimoviç Mançester klubunda məşqçi kimi fəaliyyət göstərə bilər
“Mançester Yunayted” klubu isveçli futbolçu Zlatan İbrahimoviçə yeni təklif irəli sürəcək.

“Mankunianlar” 35 yaşının hücumçunun gələcəkdə Mançester klubunda məşqçi kimi çalışmasını istəyirlər. İbrahimoviç razılaşsa, karyerasını başa vurduqdan sonra “qırmızı şeytanlar”da məşqçi kimi fəaliyyət göstərə bilər.

Klubun rəhbərliyinin “İbra”ya bu təklifi baş məşqçi Joze Mourinyonun istəyi ilə irəli sürdüyü bildirilir.


Xəbər 735 dəfə oxundu.