Yulian Draksler karyerasını Fransada davam etdirəcək
Millmizin DÇ-2018-in seçmə mərhələsində rəqiblərindən biri olan Almaniya yığmasının futbolçusu Yulian Draksler karyerasını Fransada davam etdirəcək.

"Volfsburq"un 23 yaşlı yarımmüdafiəçisi PSJ-yə keçməyə qərar verib.Anlaşma 5 illik nəzərdə tutulub.

Artıq klublar da öz aralarında danışıqlarda razılıq əldə ediblər. Paris klubu 38 milyon funt sterlinqə başa gələn bu transferi yaxın vaxtda açıqlayacaq.

Xəbər 811 dəfə oxundu.