Gülnarın qələbələri davam edir
Türkiyənin Qaziantəp şəhərində qalınlar arasında Avropa çempionatına sensasiyalı qələbə ilə başlayan Gülnar Məmmədova 2-ci turda slovakiyalı Yeva Repkovanı da üstələyib qələbə yürüşünü davam etdirir. İdman.com.az saytı xəbər verir ki, Gülnar 2 turdan sonra maksimum xallı liderlər sırasındadır. Zeynəb Məmmədyarova komanda yoldaşı Xəyalə İsgəndərovaya qalib gələrək, liderləri yarım xal geridən izləyənlər sırasına qatılıb. Türkan Məmmədyarova bu dəfə fransalı Almira Skripçenkoya məğlub olub. Nərmin Kazımova xal hesabını türkiyəli Kardelen Cemhan üzərində qələbə ilə açıb. Xəyalə Abdulla həmvətəni Nərmin Söyünlüyə qalib gəlib. Nərgiz Umudova türkiyəli İrmak Daidən güclü olub.

Xəbər 1031 dəfə oxundu.