Azərbaycan basketbolçusu “Qalatasaray” forması ilə Avroliqada debüt edib
Azərbaycan basketbol yığmasının üzvü Orxan Aydın Hacıyev “Qalatasaray” forması ilə Avroliqada debüt edib.

Basketbolçumuz qitənin ən nüfuzlu klub turnirində “Anadolu Efes”lə qarşılaşmada oynamaq şansı qazanıb.

Qarşılaşmada 4 dəqiqə 10 saniyə meydanda olan Orxan Hacıyev sadəcə 1 “fol”la yadda qalıb.

Qeyd edək ki, qarşılaşma “Anadolu Efes”in 86:76 hesablı üstünlüyü ilə yekunlaşıb.

Xəbər 1537 dəfə oxundu.