Kişi voleybolçular arasında Azərbaycan çempionatında VI turun oyunları keçirilib
Kişi voleybolçular arasında Azərbaycan çempionatında VI turun oyunları keçirilib.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda “Lokomotiv” komandası “Nəqliyyatçı”nı 3:0, “Neftçi” MOİK-i 3:1, “Naxçıvan” isə “Sumqayıt”ı 3:0 hesabı ilə məğlub edib.

Hesabında 18 xal olan “Neftçi” turnir cədvəlində liderliyini davam etdirir. “Lokomotiv” 16 xalla ikinci, “Naxçıvan” isə 10 xalla üçüncü pillədə qərarlaşıb.

Xəbər 708 dəfə oxundu.