“Tottenhem” qapıçı Yuqo Lloris ilə müqaviləni yeniləyib
İngiltərənin “Tottenhem” futbol komandası qapıçısı Yuqo Lloris ilə müqaviləni yeniləyib.

29 yaşlı futbolçu ilə 2022-ci ilədək müqavilə imzalanıb.

2012-ci ildə “Lion”dan London təmsilçisinə transfer olunan Fransa millisinin qolkiperi cari mövsümdə komandasının heyətində İngiltərə çempionatında 15 oyunda meydana çıxıb və 11 top buraxıb.

Xəbər 663 dəfə oxundu.