Cüdo üzrə Azərbaycan çempionatının final görüşləri keçirilib
Dekabrın 22-də cüdo üzrə Azərbaycan çempionatının final görüşləri keçirilib.

Yarışların ilk günü kişilər arasında 60 və 66 kq, qadınlarda isə bütün çəki dərəcələrində qaliblər müəyyənləşib.

Mükafatlandırma mərasimində gənclər və idman naziri Azad Rəhimov, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov, Olimpiya çempionları, veteran cüdoçular və tanınmış idman xadimləri iştirak ediblər.

Qaliblərə medallar, fəxri diplomlar və pul mükafatları təqdim olunub.

Xəbər 700 dəfə oxundu.