Azərbaycan Voleybol Mərkəzində statist-məşqçi seminarı keçiriləcək
Dekabrın 23-25-də Azərbaycan Voleybol Mərkəzində ölkəmizdə ilk dəfə statist-məşqçi seminarı təşkil olunacaq.

Seminarı Onat Kurt və Ruslan Motorin keçirəcəklər.

Seminarda baş məşqçi və köməkçi məşqçilərlə yanaşı, iştirakla bağlı maraqlanan hər bir şəxs federasiyaya müraciət edə bilər.

Ödənişsiz əsaslarla təşkil olunacaq seminarın bütün xərcləri Azərbaycan Voleybol Federasiyası tərəfindən qarşılanacaq.

Seminarı müvəffəqiyyətlə başa vuran iştirakçılara Avropa Voleybol Konfederasiyasının statist sertifikatı təqdim olunacaq.

Xəbər 694 dəfə oxundu.