Bakının ABU həndbol komandasının “Çelenc Cup” turnirindəki oyunlarının vaxtı dəqiqləşib
Bakının qadın həndbolçulardan ibarət ABU klubunun “Çelenc Cup” turnirinin səkkizdəbir final mərhələsindəki oyunlarının vaxtı müəyənləşib.

ABU komandası “Kram Start Elblaq” klubu ilə hər iki oyununu Polşada keçirəcək. Qarşılaşmalar gələn il fevralın 10-da və 11-də oynanılacaq.

İlk oyunda Rəfiqə Şabanovanın komandası nominal meydan sahibi kimi çıxış edəcək.

Xatırladaq ki, hənbolçularımız III təsnifat mərhələsində Belçikanın “Femina Vize” klubunu mübarizədən kənarlaşdırıblar.

Xəbər 681 dəfə oxundu.