İnter PİK-in yeni prezidenti
“İnter” Peşəkar İdman Klubunun rəhbərliyində kadr dəyişikliyi baş verib.
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin qərarına əsasən, Azər Əliyev “İnter” PİK-in prezidenti vəzifəsinə təyin edilib.

1977-ci il təvəllüdlü Azər Əliyevin son iş yeri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu” İdarəsi rəisinin müavini vəzifəsi olub. O, ictimai fəaliyyət kimi 2010-cu ildə Azərbaycan Ciu-Citsu Federasiyasının vitse-prezidenti vəzifəsində də çalışıb, eyni zamanda Azərbaycan Kikboksinq Federasiyası ilə əməkdaşlıq edir.

Xəbər 778 dəfə oxundu.