Beynəlxalq Cüdo Federasiyası 2016-cı il üçün ölkələrin bütün yığmalar üzrə nəticələrini açıqlayıb
Beynəlxalq Cüdo Federasiyası 2016-cı il üçün ölkələrin bütün yığmalar üzrə nəticələrini açıqlayıb.

Beynəlxalq turnirlər başa çatdığından ölkələrin qazandığı medalların sayı da dəqiqləşib. Azərbaycan yığması böyüklərin yarışında əvvəlki illərlə müqayisədə yüksəlişə nail olub. Cüdoçularımız sabiq baş məşqçi Peter Zayzenbaherin rəhbərliyi altında müxtəlif səviyyəli yarışlarda 51 mükafat (14-ü qızıl, 10-u gümüş və 27-si bürünc) qazanıb.

Cüdoçularımız il ərzində ümumilikdə 710 dəfə tatamiyə çıxıblar. Bu görüşlərdən 351-də qələbə qazanıblar. İlin yekununa əsasən, beynəlxalq federasiya kişilərdən ibarət yığmamızda Rio-2016-nın gümüş medalçısı Rüstəm Orucovu ən güclü sayıb. Qadın cüdoçularımızdan isə Aişə Qurbanlı (48 kq) fərqləndirilib.

Xəbər 739 dəfə oxundu.