Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnir keçiriləcək
Yanvarın 7-21-də Sankt-Peterburqda FIFA-nın birinci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnir keçiriləcək.

1999-cu il təvəllüdlü futbolçular arasında təşkil olunacaq beynəlxalq turnirdə Azərbaycanın həmin yaş qrupu üzrə yığma komandası da mübarizə aparacaq. Yığma komandamız turnirdə “C” qrupunda Litva, Slovakiya və Qazaxıstan komandaları ilə yarışacaq. Azərbaycan millisi ilk oyununu yanvarın 9-da Litva yığması ilə keçirəcək. Futbolçularımız yanvarın 11-də Qazaxıstan, iki gün sonra isə Slovakiya milliləri ilə qarşılaşacaqlar.

Xəbər 796 dəfə oxundu.