Kişi voleybolçular arasında ölkə çempionatında II dövrənin oyunlarının keçiriləcəyi məkan dəqiqləşib
Kişi voleybolçular arasında Azərbaycan çempionatının VI-X turunun oyunlarının keçiriləcəyi məkan müəyyənləşib.

İkinci dövrənin oyunları Azərbaycan Voleybol Mərkəzində keçiriləcək.

Dövrəyə dekabrın 22-də “Nəqliyyatçı”-“Lokomotiv” oyunu ilə start veriləcək. Altı komandanın iştirakı ilə keçirilən yarışda ikinci dövrəyə dekabrın 26-da yekun vurulacaq.

Xatırladaq ki, ilk beş tur Naxçıvanda keçirilib.

Xəbər 614 dəfə oxundu.