Beynəlxalq Əlillər gününə həsr olunmuş turnir keçiriləcək
AFFA-nın dəstəyi və Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında Beynəlxalq Əlillər Gününə həsr olunmuş futzal turniri keçiriləcək. Daxili İşlər Nazirliyinin idman sarayında təşkil olunacaq oyunların təqvimi də bəllidir.

Həmin təqvimi diqqətinizə çatdırırıq:

22 dekabr
10:30. Açılış mərasimi
11:00. Şimşək - Birlik
12:00. Zirvə - Ümid

23 dekabr
10:00. Zirvə - Birlik
11:00. Şimşək - Ümid

27 dekabr
10:00. Şimşək - Zirvə
11:00. Ümid - Birlik
12:15. Mükafatlandırma mərasimi

Xəbər 757 dəfə oxundu.