“Çelenc Cup” oyunlarının vaxtı bəlli oldu
Qadın həndbolçulardan ibarət Bakının ABU klubunun “Çelenc Cup”ın 1/8 final mərhələsindəki oyunlarının vaxtı bəlli olub.

Belə ki, Rəfiqə Şabanovanın rəhbərlik etdiyi komanda Polşanın “Kram Start Elblaq” klubu ilə qarşılaşacaq. Görüş fevralın 10-da və 11-də baş tutacaq.

Qarşılıqlı razılaşmaya əsasən, hər 2 görüş rəqib meydanında təşkil olunacaq. ABU-nun nominal ev sahibi olacağı ilk matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İkinci oyun isə ondan 1 saat tez start götürəcək.

Xəbər 659 dəfə oxundu.