Bakıda ağır atletika beşnövçülüyü üzrə onuncu dünya çempionatının qalibləri müəyyənləşib
AAAF Park Yaşayış Kompleksinin yarış zalında ağır atletika beşnövçülüyü üzrə 10-cu dünya çempionatına keçirilib.

“Zirvə” beynəlxalq idman klubu ilə Azərbaycan Pauerliftinq Federasiyasının birgə təşkil etdiyi turnir böyük marağa səbəb olub.

Azərbaycan, Ukrayna, Moldova və İrandan olan atletlərin körpücük üzərinə çıxdığı ağırlıqla oturub-durma, uzanaraq ağırlığın sinədən sıxılması və ağırlığı dartma hərəkətlərində böyük çəkilər qaldırılıb, azarkeşlərin rəğbəti qazanılıb.

Hər hərəkətdə ayrıca qaliblər müəyyən edilib. Onlara pul mükafatı və sertifikatlar təqdim edilib.

Turnirin keçirilməsində məqsəd Azərbaycanda və dünyada güc idman növlərinin inkişafına təkan vermək, sağlam gənc nəslin yetişdirilməsinə dəstək olmaqdır.

Xəbər 1097 dəfə oxundu.