Kəpəzin qapıçısı zədələndi
Cari futbol mövsümündə qış fasiləsi öncəsi “Kəpəz” daha bir futbolçusunun xidmətindən məhrum olub. Komandanın qapıçısı Davud Kərimi zədələnərək sıradan çıxıb.

Məşqlərin birində zədələnən qolkiperə dizin iç yan bağının burxulması diaqnozu qoyulub.

Klubun tibb personalından klub saytına verilən məlumata görə, hazırda Kəriminin müalicəsi davam etdirilir. Şəhriyar Əliyev kimi Davudun da yanvar ayından məşqlərdə iştirak edəcəyi bildirilir.

Xəbər 839 dəfə oxundu.