Sərbəst güləş üzrə 5-ci açıq respublika turniri keçirilib
Çeçenistanın paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə həsr olunmuş gənclər arasında sərbəst güləş üzrə 5-ci açıq respublika turniri keçirilib.

Turnirdə yığma komandamızın bir üzvü iştirak edib.

Turnirdə 120 kiloqram çəki dərəcəsində mübarizə aparan Umar İsrailov keçirdiyi bütün görüşləri qələbə ilə başa vuraraq qızıl medal qazanıb.

Xəbər 729 dəfə oxundu.