Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirin vaxtı məlum oldu
Gələn ilin yanvarında Rusiyada keçiriləcək Valentin Qranatkinin xatirəsinə həsr olunmuş ənənəvi futbol turnirinin təqvimi məlum olub.

Azərbaycanın U-17 millisi turnirdə ilk görüşünü yanvarın 9-da Litvaya qarşı keçirəcək. “C” qrupunda yer alan yığmamız yanvarın 11-də Qazaxıstan, iki gün sonra isə Slovakiya ilə üz-üzə gələcək.

Turnirin dörddəbir final matçları yanvarın 16-da, yarımfinal görüşləri 18-də, final matçı isə 21-də keçiriləcək.

Xəbər 693 dəfə oxundu.