Draytulinq üzrə ölkə çempionatına yekun vurulub
Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) təşkilatçılığı ilə keçirilən draytulinq üzrə ölkə çempionatına yekun vurulub.

Ölkə birinciliyinin keçirilməsində məqsəd ən güclü idmançıları müəyyən etmək və beynəlxalq yarışlarda Azərbaycanı təmsil edəcək milli komanda formalaşdırmaqdır. Çempionatda iştirak üçün əvvəlcədən elan verilib, seçim müddətində daxil olan müraciətlər FAIREX-in dağ komissiyası tərəfindən araşdırılaraq qiymətləndirilib və yarışa qatılacaq şəxslər müəyyənləşdirilib.

“ClimBaku” İdman Dırmanma Mərkəzində keçirilən çempionatda 18 yaşdan yuxarı idmançılar iştirak ediblər. Beynəlxalq İdman Dırmanması Federasiyasının qaydaları əsasında keçirilən yarışda Azərbaycanın müxtəlif bölgələrini təmsil edən komandalar mübarizə aparıblar.

Sonda qaliblər FAIREX tərəfindən hədiyyələr, eləcə də Gənclər və İdman Nazirliyinin müvafiq diplomları ilə mükafatlandırılıblar.

Xəbər 761 dəfə oxundu.