"Neftçi" klubu Türkiyədə təlim-məşq toplanışı keçəcək
“Neftçi” futbol klubu yanvarın 4-dən 21-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcək.

Hazırlıq prosesi çərçivəsində beş yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.

“Flaqman”ın ilk rəqibi Türkiyənin I Liqa təmsilçisi "Sivasspor” komandası olacaq.

Qarşılaşma yanvarın 8-də keçiriləcək.

Xəbər 626 dəfə oxundu.