Bakıda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş karate turniri keçiriləcək
Gələn il yanvarın 21-22-də Azərbaycan Milli Karate Federasiyası və “Arpaçay” klubunun təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək.

Bakı İdman Sarayında təşkil olunacaq turnirində 6-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclər iştirak edəcəklər. Karateçilər kata və kumite yarışlarında qüvvələrini sınayacaqlar.

Qaliblər təşkilatçılar tərəfindən medal, diplom, kubok və pul mükafatı ilə təltif olunacaqlar.

Xəbər 1383 dəfə oxundu.