Ronaldo klublararası dünya çempionatının ən yaxşı oyunçusu seçilib
Yaponiyada keçirilən futbol üzrə klublararası dünya çempionatının ən yaxşı oyunçusunun adına aydınlıq gəlib.

Bu ada İspaniyanın “Real Madrid” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo layiq görülüb.

Yaponiyanın “Kaşima Antlers” komandası ilə final matçında (4:2) het-trik edən portuqaliyalı forvarda “Qızıl top” mükafatı verilib. Bu nominasiyada ikinci yeri Madrid klubunun daha bir futbolçusu xorvatiyalı yarımmüdafiəçi Luka Modriç, üçüncü pilləni isə gündoğar ölkə təmsilçisinin 24 yaşlı yarımmüdafiəçisi Qaku Şibasaki tutub.

Turnirin “fair-play” mükafatını “Kaşima Аntlers” qazanıb.

Xəbər 715 dəfə oxundu.