Elxan Abdullayev: "Futbolda vurmayana vururlar"
"Neftçi” PFK-nın baş məşqçisi Elxan Abdullayev Topaz Premyer Liqasının XIV turunun AZAL klubu ilə oyunundan sonra fikirlərini bildirib:

"Çoxlu qol epizodlarından istifadə edə bilmədik və nəticədə uduzduq. İlk hissəni yaxşı keçirdik, amma futbolda vurmayana vururlar. Transfer xəbərləri ilə bağlı suala indiki halda heç bir cavab verə bilmərik. Gəlin, təlim-məşq toplanışını gözləyək. Bu cür xəbərlər olduqca ictimaiyyətə məlumat verəcəyik”.

Xəbər 839 dəfə oxundu.