Avropanın aparıcı ölkələrinin futbol çempionatlarında maraqlı qarşılaşmalar keçirilib
Dekabrın 17-də Avropanın aparıcı ölkələrinin futbol çempionatlarında maraqlı qarşılaşmalar keçirilib.

İngiltərə Premyer Liqasının XVII turunda “Çelsi” səfərdə “Kristal Palas” klubunu Dieqo Kostanın qolu ilə 0:1 hesabı ilə məğlub edib. Son çempion “Lester” klubu “Stok Siti”nin qonağı olub. Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb. Çempionluğa iddialı “Mançester Yunayted” isə səfərdə “Vest Bromviç” ilə qarşılaşıb. Z.İbrahimoviçin oyunda vurduğu iki qol qarşılaşmanın taleyini həll edib - “Vest Bromviç” 0 – 2 “Mançester Yunayted”.

Almaniya Bundesliqasında XV turda çempionluğa iddialı iki komandanın qarşılaşmasında “Leyptsiq” klubu “Herta”nı 2:0 hesabı ilə məğlub edib.

Fransa birinci liqasında XVIII tur çərçivəsində PSJ səfərdə “Genqam”a 1:2 hesabı ilə məğlub olub.

İspaniya La Liqasında XVI turda bir sıra maraqlı qarşılaşmalar keçirilib. Turnir cədvəlində ilk üçlükdə yer alan “Sevilya” klubu “Malaqa”nı böyük hesabla məğlub edib - 4:0. “Atletiko” isə “Las Palmas” klubuna 1:0 hesabı ilə qalib gəlib.

Xəbər 870 dəfə oxundu.