U-18 voleybol komandamız EEVZA çempionatında çıxış edir
Estoniyanın Juri şəhərində 18 yaşadək kişi voleybolçulardan ibarət milli komandalar arasında Şərqi Avropa Voleybol Zona Assosiasiyasının (EEVZA) çempionatı keçirilir.

Azərbaycan millisi turnirdə iki oyun keçirib. Komandamız Polşa və Estoniya yığmalarına 0:3 hesabı ilə məğlub olub.

Komandamız yarışda növbəti görüşünü Ukrayna millisinə qarşı keçirəcək.

Yarış 2017-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinə hazırlıq məqsədi daşıyır.

Xəbər 648 dəfə oxundu.