Kirsan İlümjinov: «Bakının ərizəsi daha sanballı idi»
2 gün öncə «Aqon» şirkəti ilə müqaviləyə imza atan FİDE prezidenti Kirsan İlümjinov bu gün həmin addımla bağlı fikirlərini chesspro.ru saytına ekskülziv müsahibəsində açıqlayıb. İdman.com.az saytının məlumatına görə, bağlanılan müqavilə və namizədlərin turniri ilə bağlı sualları cavablayan FİDE rəhbəri Azərbaycandan da danışıb:

- Kirsan Nikolayeviç, namizədlərin turniri ilə bağlı məsələyə aydınlıq gətirə bilərsinizmi? Siz onun Londonda keçiriləcəyini elan etdiniz Bu halda Bolqarıstan və Azərbaycanın ərizələri necə olacaq? Belə çıxır ki, onlara heç baxmayıblar?
- Həqiqətən də mürəkkəb vəziyyətdir. Bəli, bizə iki rəsmi ərizə göndərilmişdi – Bolqarıstandan və Azərbaycandan. Bakının ərizəsi daha sanballı idi. Lakin,hər kəs bilir ki, turnir Azərbaycan paytaxtında keçirilsəydi, biz Aronyandan məhrum olardıq – o mənim ünvanıma açıq məktub yazıb. Kompromis axtarmağa çalışaraq mən Ermənistanla da, Azərbaycanla da ünsiyyətdə olmuşam. Dünya çempionatı planetin ən güclü şahmatçılarından birindən məhrum olsaydı, qəribə olardı. Digər tərəfdən də Bakının ərizəsi ancaq müsbətlərdən ibarət idi. Bu səbəbdən Polson öz kompromis variantı ilə peyda olanda iki ərizədən ən yaxşısı kimi Azərbaycanın ərizəsini «Aronyan problem»inin həlli variantı kimi birləşdirmək ideyası ortaya çıxdı. Narazı qalan yalnız bolqarlar oldu. Mən nəyə etiraz edə bilərdim ki? Yalnız bundan artığı təklif olunmalı idi.

- Belə çıxır, «namizədlərin turniri Londonda Azərbaycanın pullarına və Rəcəbovun iştirakı ilə keçiriləcək» ifadəsini rəsmi kimi qəbul etmək olar?
- Prinsipcə, bəli. Şahmat belə qərardan ancaq qazanır. Unutmaq lazım deyil ki, bu il Londonda yay olimpiya oyunları keçiriləcək. Bu əsasda biz şahmatın ciddi təqdimatını etmək istəyirik. Mənim BOK üzvləri ilə görüşlərim nəzərdə tutulub. Bu, sadəcə namizədlərin turniri deyil, əsl imic tədbiri olacaq.

Xəbər 1271 dəfə oxundu.