Nikola Sarkozi PSJ klubunun rəhbəri ola bilər
Fransanın sabiq prezidenti Nikola Sarkozi PSJ klubunun rəhbəri ola bilər.

Bu barədə Fransanın “GQ France” jurnalı məlumat yayıb.

Nəşrə görə, Paris təmsilçisinin sahibi olan Qətər əmiri Tamin əl-Tani artıq bununla bağlı Sarkoziyə təklif ünvanlayıb.

Bildirilir ki, bu təyinatın birinci dövrənin qış fasiləsində elan olunacağı gözlənilir. PSJ-nin sabiq azarkeşi sayılan və hər ev oyununu izləməyə gələn Sarkozi klubda prezident vəzifəsində Nasser-Əl-Xelaifini əvəzləyəcək. Altmış bir yaşlı siyasətçi 2007–2012-ci illərdə Fransaya başçılıq edib.


Xəbər 1531 dəfə oxundu.