Argentina kubokunun qalibi məlum olub
Futbol üzrə Argentina kubokunun qalibi məlum olub.

Finalda “River Pleyt” komandası “Rosario Sentral” ilə üz-üzə gəlib.

Azarkeşlərin yeddi qola şahidlik etdiyi matçda sonda sevinən komanda “River Pleyt” olub - 4:3.

Qeyd edək ki, Argentinanın ən titullu klubu yarışın qalibi olmaqla gələn il keçiriləcək Cənubi Amerikanın Libertadores kuboku yarışında və Argentina superkubokunda iştirak etmək hüququ qazanıb.


Xəbər 700 dəfə oxundu.