Yaponiyada sabah klublararası dünya çempionatına yekun vurulacaq
Dekabrın 18-də Yaponiyada futbol üzrə klublararası dünya çempionatına vurulacaq.

Finalda “Real Madrid” (İspaniya) və “Kaşima Antlers” (Yaponiya) komandaları üz-üzə gələcəklər. “Amerika” (Meksika) və “Atletiko Nasional” (Kolumbiya) klubları isə öz aralarında üçüncü yerin sahibini müəyyənləşdirəcəklər.

Xatırladaq ki, dekabrın 8-dən başlayan və altı konfederasiyadan yeddi komandanın qatıldığı turnir Osaka və Okayama şəhərlərində keçirilir. Yarışın ötənilki qalibi finalda Argentinanın “River Pleyt” komandasını məğlub edən İspaniyanın “Barselona” klubu olub.

Xəbər 666 dəfə oxundu.