Portuqaliya Sequndasında XIX tura start verilib
Portuqaliya Sequndasında XIX tura start verilib.

Həmyerlimiz Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq”in B komandası səfərdə “Benfika”nın B komandası ilə qarşılaşıb.

Nəsirovun 64-cü dəqiqədə meydana çıxdığı oyun qolsuz bərabərliklə yekunlaşıb.

Qeyd edək ki, hazırda hesabında 25 xal olan “Sportinq B” 22 komanda arasında 9-cu pillədə qərarlaşıb.

Xəbər 913 dəfə oxundu.