Azərbaycanın U-17 komandası Gürcüstan millisi ilə qarşılaşıb
Tbilisidə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Gürcüstanın müvafiq yaş qrupuna aid komandası ilə yoldaşlıq oyunu keçirib.

Qarşılaşma 3:2 hesabı ilə gürcüstanlı futbolçuların xeyrinə yekunlaşıb. Yığmamızın qollarını Samir Oruclu və Hikmət Verdiyev vurublar.

Xəbər 799 dəfə oxundu.