Cüdoçularımız ölkə çempionatında güclərini sınayacaqlar
Dekabrın 22-23-də Bakı İdman Sarayında böyüklər arasında cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək.

Yarışda ölkəmizin ən güclü kişi və qadın cüdoçuları mübarizə aparacaqlar.

Azərbaycan çempionatının təntənəli açılış mərasimi dekabrın 22-də olacaq. İki gün keçiriləcək respublika çempionatının qalibləri milli komandamızın növbəti təlim-məşq toplanışına dəvət olunacaqlar.

Xəbər 684 dəfə oxundu.