"Kəpəz" Bakıda məşqləri bərpa edib
Futbol üzrə Azərbaycan kubokunun dörddəbir final mərhələsinin “İnter” ilə səfər oyunundan sonra bir gün istirahət edən “Kəpəz” Bakıda məşqləri bərpa edib.

“Kəpəz” komandası Azərbaycan Premyer Liqasının XIV turu çərçivəsində “Qəbələ” ilə rəqib meydanında keçirəcəyi oyuna hazırlaşır.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında məşqə çıxan “sarı-göylər” artıq Qəbələyə yollanıb. Gəncə təmsilçisi çempionat matçı öncəsi son məşqinə Qəbələ şəhər stadionunda çıxacaq.


Xəbər 671 dəfə oxundu.