Samboçumuz Hacəli Qasımov dünya çempionu olub
Kiprin Limassol şəhərində kadetlər arasında sambo üzrə dünya birinciliyi davam edir.

21 ölkədən samboçuların mübarizə apardığı yarışda Azərbaycan millisi iki medal qazanıb.

Birincilikdə 42 kiloqram çəki dərəcəsində mübarizə aparan Hacəli Qasımov finaladək inamla irəliləyib. Qızıl medal uğrunda idmançımız Ermənistan samboçusundan üstün olub və dünya çempionu olub.

Digər medalı isə yığmamıza Vilayət Bayramov (55 kq) qazandırıb. Samboçumuz yarışı üçüncü pillədə başa vurub.

Yarışa dekabrın 15-də yekun vurulacaq.

Xəbər 1641 dəfə oxundu.