“Qarabağ” komandası “Sumqayıt”la qarşılaşmada iki yubiley rəsmiləşdirib | |
Futbol üzrə Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qarabağ”-“Sumqayıt” matçı Ağdam təmsilçisi üçün iki yubileylə yadda qalıb. Görüşdə 6:0 hesabı ilə qalib gələn ağdamlılar ölkə kubokunda 50-ci ev qələbəsini qazanıblar. Komandanın gənc oyunçularından Mahir Mədətovun rəqib qapısından keçirdiyi dördüncü top klubun 150-ci ev qolu olub. “Köhlən atlar”ın evdəki məhsuldarlığı 2,375-ə bərabərdir. Ağdam klubu Azərbaycan kubokunda 152 dəfə fərqlənib, öz qapısından isə cəmi 30 top buraxıb. “Qarabağ” ölkə kuboku oyunları çərçivəsində öz meydanında ən çox qol vuran və qələbə qazanan klubdur. |
|
Xəbər 931 dəfə oxundu. |
|
|