AFFA rəsmiləri Brüsseldə “Avro-2020”nin loqotipinin təqdimatına qatılıblar
Belçikanın paytaxtı Brüsseldə “Avro-2020”yə ev sahibi şəhərlərindən biri kimi loqotipin təqdimat mərasimi keçirilib.

Tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov və beynəlxalq əlaqələr şöbəsinin müdiri Könül Mehtiyeva iştirak ediblər.

Brüssel şəhərinin meriya binasında təşkil olunan mərasimə UEFA İcraiyyə Komitəsinin üzvü Mixael van Praaq da qatılıb.

Noyabrın 30-da Bakıda təşkil olunmuş analoji tədbirdə isə Belçika Futbol Federasiyasının nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, 2014-ci ildə UEFA-nın İcraiyyə Komitəsinin qərarı ilə qitə turnirinin 13 şəhərdə keçirilməsinə qərar verilib.

Belə ki, qrup mərhələsinin 3 oyunu və dörddəbir final mərhələsi görüşlərinə – Sankt-Peterburq, Roma, Münhen və Bakı ev sahibliyi edəcək. Növbəti səkkiz şəhər – Kopenhagen, Buxarest, Amsterdam, Dublin, Bilbao, Budapeşt, Brüssel və Qlazqoda digər qrup matçları və səkkizdəbir final qarşılaşmaları təşkil ediləcək. Avropa çempionatının yarımfinal və final mərhələsi Londonun “Uembli” stadionunda keçiriləcək.

Xəbər 735 dəfə oxundu.