Bakıda “Beşiktaş” futbol klubuna aid mağaza fəaliyyət göstərəcək
Qış fasiləsində Azərbaycana səfər edəcək “Beşiktaş” futbol klubu “Qarabağ”la təşkil olunacaq yoldaşlıq görüşünə ciddi hazırlaşır.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Türkiyə mətbuatında “ağ-qaralar”ın dövrələrarası fasilədə Bakıya tam heyətlə gələcəkləri vurğulanıb. Səfər zamanı klub prezidenti Fikrət Orman da komanda ilə birlikdə olacaq.

Onlar oyunla yanaşı, paytaxtımızda fəaliyyət göstərəcək “Qartal yuvası” mağazasının açılışında da iştirak edəcəklər. Həmin idman mağazasında isə yalnız “Beşiktaş”a aid formalar, geyim dəstləri və toplar satılacaq.

Xəbər 668 dəfə oxundu.