Norveç yığmasının yeni baş məşqçisinin adı tezliklə açıqlanacaq
DÇ-2018-in seçmə mərhələsində millimizin rəqibi olan Norveç yığmasının yeni baş məşqçisinin adı tezliklə bəlli olacaq.

Bir müddət öncə Per-Matias Hoqmo ilə yolları ayıran Norveç Futbol Federasiyası yerli məşqçi Stole Solbakkendən cavab gözləyir.

Hazırda Danimarkanın “Kopenhagen” klubununda rəhbərlik edən 48 yaşlı məşqçiyə düşünmək üçün 1 həftə vaxt verilib. Siyahıda 20 məşqçinin adı olsa da, əsas namizəd məhz Solbakkendi. Bu səbəbdən rəhbərlik onun cavabını öyrənmədən, digər məşqçilərlə danışıqları konkretləşdirmək istəmir.

Qeyd edək ki, danimarkalılar “Kopenhagen”lə 2018-ci ilə qədər müqaviləsi olan məşqçi ilə vidalaşmaq istəmirlər.

Xəbər 750 dəfə oxundu.