Astarada keçirilən qızlar arasında voleybol turniri başa çatdı
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Astara Rayon İcra Hakimiyyətinin, rayon gənclər və idman idarəsinin, təhsil şöbəsinin, Uşaq-Gənclər İdman Məktəbinin və “Şəfəq” Ekoturizm İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən gənc qızlar arasında voleybol turniri başa çatıb.

Turnirin məqsədi voleybola marağı artırmaq, idmanın bu növü üzrə istedadlı gənc qızların üzə çıxmasına şərait yaratmaqdır.

Layihə çərçivəsində Astara rayonunun Tüləgüvan, Artupa, Səncərədi, Vaqo və Maşxan kənd, şəhər 2, 3 və 6 nömrəli tam orta məktəblərini təmsil edən 8 komanda mübarizə aparıb.

Gərgin idman mübarizəsi şəraitində keçən turnirdə Tüləgüvan kənd tam orta məktəbinin təmsilçiləri qalib adını qazanaraq kubokla təltif ediliblər. Astara şəhər 2 və 6 nömrəli tam orta məktəblərin komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerlərdə qərarlaşıblar.

Turnirdə iştirak etmiş bütün komandaların üzvlərinə isə diplomlar verilib.

Xəbər 944 dəfə oxundu.