“Bavariya” Robert Levandovski ilə müqavilənin müddətini 2021-ci ilədək artırıb
Polşa millisinin və Münxenin “Bavariya” komandasının hücumçusu Robert Levandovski Almaniya klubu ilə yeni müqavilə imzalayıb.

Müqaviləyə əsasən, futbolçu qarşıdakı beş ildə də “Bavariya”nın formasını geyinəcək. Müqavilə 2021-ci il iyunun 30-dək qüvvədə olacaq.

R.Levandovski bu barədə deyib: “Şadam ki, danışıqlar müsbət nəticə verdi və mən daha bir neçə il “Bavariya”da qalacağam. Qarşıda klubla birgə böyük hədəflərimiz var”.

Polşa yığmasının kapitanı 2014-cü ildə Dortmundun “Borussiya” komandasından transfer olunub. İyirmi səkkiz yaşlı hücumçu “Bavariya”nın heyətində 122 oyunda 86 qol vurub.

Xəbər 615 dəfə oxundu.