Taekvondo yığmamız DÇ-nin qalibi oldu | |
Taekvondo üzrə Azərbaycanın kişilərdən ibarət yığma komandası Bakıda keçirilən Komandalararası Dünya Çempionatının qalibi olub. Komandamız finalda Koreya Respublikasına 21:5 hesabı ilə qalib gələrək, ardıcıl ikinci dəfə Dünya Çempionu titulunu qazanıb. Komandamız bu uğuru Məhəmməd Məmmədov (-63 kq), Ayxan Tağızadə və Sina Bahrami (hər ikisi -68 kq), Səid Quliyev (-74 kq), Milad Beigi Harçeqani (-80 kq) və Radik İsaevdən (+87 kq) ibarət heyətlə əldə edib. Qadınların yarışında finalda Çin və Koreya Respublikası qarşılaşıb. Bu döyüşdə Çin taekvondoçuları Dünya Çempionu olub (6:4). |
|
Xəbər 738 dəfə oxundu. |
|
|