“Neftçi İdman Klubu”nun çüdoçuları ölkə birinciliyində 15 medal qazanıblar
Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə respublika birinciliyinə yekun vurulub.

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda 69 komandanın tərkibində 500-dən çox cüdoçu mübarizə aparıb.

“Neftçi İdman Klubu”nun yetirmələri də yarışda təmsil olunublar. Klubun yeniyetmə cüdoçuları ölkə birinciliyinin 15 medalına (3 qızıl, 7 gümüş, 5 bürünc) sahib olublar.

Oğlanlar arasında Qnyaz Mahmudlu (66 kq) bütün rəqiblərini məyus edib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Elxan Əkbərov (50 kq), Davud Abbaslı (60 kq), Rişad Xanlarzadə (90 kq) və Camal Feyziyev (90 kq-dan yuxarı) gümüş, Nəriman Mirzəyev (55 kq) və İbrahim Ağakişiyev (81 kq) isə bürünc medala sahib olublar.

Xanım cüdoçulardan Fəridə Səfərova (52 kq) və Fidan Hüseynova (63 kq) ölkə çempionu adını qazanıblar. Yalnız finalda məğlub olan Ülviyyə Bayramova (48 kq), Əsmər İskəndərzadə (52 kq) və Cəmalə Muqumova gümüş medala yiyələniblər. Klubun digər cüdoçuları Nigar Əzimova (48 kq), Məleykə Məmmədova (52 kq) və Fidan Vəliyeva (57 kq) isə yarışı üçüncü yerdə başa vurublar.

Qeyd edək ki, birinciliyin ən güclüləri yeniyetmələrdən ibarət milli komandanın heyətinə cəlb ediləcəklər.

Xəbər 695 dəfə oxundu.