Qəbələ Rusiya klubları ilə qarşılaşa bilər | |
"Qəbələ" qış hazırlıq planlarını müəyyənləşdirməyə davam edir. Roman Qriqorçuk yanvarın 9-da komandasını Türkiyəyə aparacaq. Belek bölgəsində hazırlıq keçəcək komanda orada ayın 25-dək qalmağı planlaşdırır. Bu müddət ərzində Qəbələ təmsilçisi 4 yoxlama matçı keçirəcək. Hələlik, rəqiblərin kimliyinə aydınlıq gəlməyib. Hazırda Rusiya, Slovakiya və Albaniya klubları ilə danışıqlar aparılır. |
|
Xəbər 672 dəfə oxundu. |
|
|